Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26
Dünya futbolu

“Bavariya” və “Real” arasındakı son illərin qarşıdurmaları tez-tez hakim qalmaqalları ilə yadda qalır. Qarşıdakı böyük oyunu ingiltərəli referi Maykl Oliver idarə edəcək. Maraqlıdır ki, Oliver ötən yay hətta Kilian Mbappeni də özündən çıxarmağı bacarmışdı.

“Kral klubu” üçün uğurlu rəqəm. İngiltərəli hakimin idarə etdiyi oyunlar “Real” üçün adətən xoş sonluqla bitir. Oliverin rəhbərlik etdiyi 4 matçın 3-də (“Olimpiakos”, “Braqa” və UEFA Superkubokunda “Ayntraxt”la oyunlar) Madrid təmsilçisi qələbə qazanıb.

Yeganə məğlubiyyət 2017/18 mövsümündə “Yuventus”la cavab oyununa (1:3) təsadüf edir. Lakin həmin matçda Oliverin son dəqiqələrdə təyin etdiyi penalti və Canluici Buffona göstərdiyi qırmızı vərəqə hələ də unudulmayıb. Məhz həmin vaxt əfsanəvi qapıçı hakim haqqında o məşhur ifadəni işlətmişdi: “Onun sinəsində ürək yerinə zibil qabı var”.

“Bavariya”nın “qələbə zəmanəti” Münhen təmsilçisi Maykl Oliverlə daha çox qarşılaşıb – 7 oyun, 6 qələbə. “Rekordmayster” onun rəhbərliyi altında “Beşiktaş”, “Atletiko”, “Barselona” və PSJ kimi klubları məğlub edib.

Ötən baharda “Bayer”lə oyunda Qranit Caka hakimin qərarından narazı qalsa da, həmin qarşıdurmadan da “Bavariya” qalib ayrılmağı bacarmışdı (ümumi hesab 5:0).

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan” liderin sınağında – YENİLƏNİR

07.04.26 | 19:26

Berdıyev “Turan-Tovuz”un oyunundan narazı qaldı

07.04.26 | 19:11

“Zirə” son dəqiqələrdə qələbəni əldən verdi

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54