Martines cinayət etməyib

04.11.25 | 12:01
Dünya futbolu

“La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, elektrikli əlil arabasındakı 81 yaşlı kişini maşınıyla vuraraq öldürən “İnter”ın qapıçısı Xosep Martines sürət həddini aşmayıb, qanında spirtli içki və narkotik maddə aşkarlanmayıb.

Qəzet qəzanın baş verdiyi yol hissəsi təhlükəli ərazi hesab olunduğunu yazıb. Magistralın həmin hissəsində çoxsaylı , o cümlədən ciddi qəzaların baş verdiyi yer olduğunu bildirir. Bu hissədə sürət həddi saatda 70 km-dir və Martinesdə qoylan  həddi aşmayıb.

Futbolçu əvvəlcə alkoqol və narkotik testləri üçün Saronnodakı xəstəxanaya aparılıb və hər iki testin nəticəsi mənfi olub. Daha sonra o, klub tərəfindən təmin edilən vəkilin iştirakı ilə Lomazzo polis bölməsində bir neçə saat ifadə verib. Hesabatda arxasındakı avtomobildə oturan iki qadının ifadələri də yer alıb və onlar Martinesin dediklərini təsdiqləyiblər.
Hadisə ilə bağlı istintaq bir neçə ay davam edəcək və bu müddət ərzində qapıçı yol qəzası nəticəsində adam öldürmə ittihamı ilə mühakimə olunacaq. Bu ittihamda iki ildən yeddi ilə qədər həbs cəzası nəzərdə tutulur. Lakin zərərçəkmişin gözlənilməz davranışı sübut olunarsa, iş ləğv ediləcək.

Xatırladaq ki, “İnter”in qapıçısının iştirakı ilə baş verən qəza 28 oktyabr çərşənbə axşamı səhəri Komo əyalətində baş verib. İlkin məlumatlara görə, yaşlı kişi özünü pis hiss edib və Martinesin avtomobilinin hərəkət etdiyi yola çıxıb. Futbolçu dərhal yaralı kişiyə kömək etməyə çalışıb.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19