Antonio Konte “Yuventus”a qayıdışa işarə etdi: “Bu dairə nə vaxtsa tamamlanmalıdır”

18.11.26 | 23:19
Dünya futbolu

İtaliyalı mütəxəssis Antonio Konte yenidən “Yuventus”un baş məşqçisi olmaq ehtimalını istisna etməyib. Hazırda işsiz olan və son olaraq “Napoli”ni çalışdırmış təcrübəli məşqçi Turin klubu ilə hekayəsinin hələ bitmədiyini bildirib.

Konte bu barədə “Cronache di Spogliatoio”ya müsahibəsində danışıb. Müsahibənin tam versiyası cümə günü yayımlanacaq. Onun açıqlamasından bəzi məqamları “Goal.com” nəşri təqdim edib.

“Bu dairə gec-tez tamamlanmalıdır”, – deyə Konte bildirib.

İtaliyalı məşqçi “Yuventus”a qayıtmaq imkanının əvvəllər də yarandığını xatırladıb. O, 2009-cu ildə Turin klubunun təklifindən imtina etməsinin səbəbini də açıqlayıb. Həmin vaxt rəhbərlik braziliyalı Dieqonu transfer etmiş, Konte isə komandanı 4-2-4 taktiki sxemi ilə oynatmaq niyyətində olub.

“2009-cu ildə də ‘Yuventus’un baş məşqçisi ola bilərdim. Ancaq mənim 4-2-4 sxemi ilə oynayacağımı yaxşı bildikləri halda Dieqonu transfer etdilər. Mənə dedilər ki, Dieqo 4-3-1-2 sistemi ilə oynamaq istəyir. Başqa məşqçi bəlkə də bununla razılaşardı, amma mən güzəştə getmirəm. Kluba dedim ki, əgər komandanın hansı sxemlə oynayacağına futbolçu qərar verəcəksə, deməli, mən sizin axtardığınız məşqçi deyiləm. Həmin görüşdən sonra anladım ki, ‘Yuventus’un baş məşqçisi olmayacağam”.

Konte sonrakı illərdə də “Yuve”yə qayıtmağa yaxın olduğunu söyləyib. Onun sözlərinə görə, 2019-cu ildə “Yuventus” Mauritsio Sarrini baş məşqçi təyin edəndə o, işsiz olub. Lakin həmin vaxt “İnter”lə anlaşaraq Milan təmsilçisinə rəhbərlik etməyə başlayıb: “Bir başqa fürsət isə Covanni Cuntolinin idman direktoru olduğu dövrdə yarandı. Mən yenə işsiz idim, amma klub Tyaqo Mottanı seçdi. Bundan sonra ‘Napoli’nin təklifini qəbul etdim”.

Konte “Yuventus” azarkeşlərinin onun nə vaxt komandaya qayıdacağını tez-tez soruşduğunu da bildirib. Mütəxəssis bunun üçün uyğun şəraitin yaranmasını gözlədiyini vurğulayıb: “Azarkeşlərlə tez-tez qarşılaşıram və onlar məndən nə vaxt qayıdacağımı soruşurlar. Cavabım sadədir: uyğun fürsət yarananda və müəyyən şərtlər üst-üstə düşəndə qayıdacağam”.

İtaliyalı mütəxəssis sonda Turin klubu ilə yollarının yenidən kəsişəcəyinə inandığını xüsusi qeyd edib: “Bilmirəm, bu, bir ildən, on ildən, yoxsa on beş ildən sonra baş verəcək. Amma ‘Yuventus’da iz qoyduğumu bilirəm. Bunun asan olmayacağını da anlayıram. Bununla belə, inanıram ki, bu dairə gec-tez tamamlanacaq”.

Konte 2011–2014-cü illərdə “Yuventus”a rəhbərlik edib. Onun başçılığı altında “Qoca sinyora” ardıcıl üç dəfə İtaliya çempionu olub.

Paylaş:

Xəbər Lenti

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43

AFFA rəsmisi hakim qərarları ilə razılaşmadı: Qırmızı vərəqə və penalti verilməli idi

25.11.26 | 11:20

Çempionlar Liqasında gecənin icmalı: “Real”dan möhtəşəm geridönüş, “Arsenal” – “Borussiya” duelində heç-heçə

25.11.26 | 02:43