Portuqaliya millisindən Ronaldoya möhtəşəm ehtiram və Danimarkadan ağır məğlubiyyət

15.11.26 | 01:45
Dünya futbolu

Portuqaliya millisinin futbolçuları UEFA Millətlər Liqasının V turunda Danimarka ilə qarşılaşmadan əvvəl Kriştiano Ronaldonun şərəfinə xüsusi mərasim keçiriblər.

Braqada baş tutan oyundan əvvəl Portuqaliya yığmasının start heyətində meydana çıxan futbolçuların formalarının arxasında Ronaldonun adı və 7 nömrəsi yazılıb. Onları meydana çıxaran uşaqlar da eyni formalarda olublar.

Xatırladaq ki, Ronaldo noyabrın 5-də 23 illik beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb. O, Portuqaliya millisinin heyətində 234 oyun keçirib və 146 qol vuraraq həm oyun, həm də qol sayında rekord müəyyənləşdirib.

Futbolçular himn səsləndirilən zaman Ronaldonun adı və nömrəsi yazılmış formalarda qalıb, daha sonra isə öz oyun formalarını geyiniblər. Ulduz futbolçuya ehtiram bununla da yekunlaşmayıb. Matçın 7-ci dəqiqəsində Braqa stadionundakı azarkeşlər ayağa qalxaraq Ronaldonu uzun müddət alqışlayıb, onun Portuqaliya futboluna xidmətlərini minnətdarlıqla yad ediblər.

Qarşılaşmadan əvvəl Portuqaliya Futbol Federasiyası 7 nömrəli formanın yeni dizaynını da təqdim edib. Formada 7 rəqəminin üzərindən xətt çəkilib. Federasiya sosial şəbəkə hesablarında bu addımı belə izah edib: “Yeni nömrə ilə debüt etməyin vaxtıdır. Çünki biri əbədi qalacaq”.

Qeyd edək ki, oktyabr ayından etibarən Ronaldonun 7 nömrəli forması Rafael Leauya verilib. O, daha əvvəl millidə 17 nömrə ilə çıxış edirdi.

Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu olub, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi adını qazanıb. O, son dünya çempionatında üç qol vurub. Portuqaliya yığması isə 1/16 finalda İspaniyaya məğlub olaraq mübarizəni dayandırıb. Həmin görüşdən sonra Ronaldo bunun dünya çempionatlarında son çıxışı olduğunu bildirmişdi.

Ronaldonun karyerasını başa vurmasından sonra Portuqaliya millisinin keçirdiyi ilk matç isə komanda üçün uğurlu alınmayıb. Danimarka yığması Braqada meydan sahiblərini 4:1 hesabı ilə məğlub edərək Ronaldoya həsr olunan gecənin sevincini yarımçıq qoyub.

Paylaş:

Xəbər Lenti

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43

AFFA rəsmisi hakim qərarları ilə razılaşmadı: Qırmızı vərəqə və penalti verilməli idi

25.11.26 | 11:20

Çempionlar Liqasında gecənin icmalı: “Real”dan möhtəşəm geridönüş, “Arsenal” – “Borussiya” duelində heç-heçə

25.11.26 | 02:43