Neymar yeni qaydanın qurbanı oldu

26.10.26 | 17:42
Dünya futbolu

Braziliya millisinin və “Santos”un 34 yaşlı futbolçusu Neymar yeni qaydanın tətbiqi nəticəsində meydandan qovulub.

Hadisə Braziliya çempionatının “Santos” – “Baiya” matçında baş verib. Görüş zamanı Neymar rəqib komandanın futbolçusu Rodriqo Nestorla mübahisə edib. Bir müddət davam edən söz davasından sonra Nestor hakimə yaxınlaşaraq şikayətini bildirib. VAR-a baxışdan sonra Neymar qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu qərarın səbəbi futbolçuların rəqiblə mübahisə zamanı dediklərini gizlətmək məqsədilə ağızlarını əlləri ilə örtmələrini qadağan edən yeni qayda olub. Dünya çempionatı ərəfəsində tətbiq edilən bu tənzimləmə irqçi ifadələrin və digər qəbuledilməz davranışların qarşısını almağa yönəlib. Qayda Avropa liqalarında tətbiq olunmasa da, Braziliya A Seriyasında qüvvədədir. İndiyədək bu qayda ilə əlaqədar iki futbolçu qırmızı vərəqə alıb.

Qarşılaşmadan sonra Neymar sosial şəbəkələrdə paylaşdığı videoda rəqibinin davranışına sərt etiraz edib.

“Düşünürəm ki, Nestorun bu gün mənə qarşı etdiyi hərəkət çox ciddi məsələdir. O, qaydadan sui-istifadə etdi”, – deyə braziliyalı futbolçu bildirib.

Neymar hesab edir ki, meydanda sözlü mübahisələr futbolun bir hissəsidir və rəqibinin davranışı dürüstlükdən uzaq olub.

“Ən azı bu gecə rahat vicdanla yatacağam. Sən isə bu cür qeyri-dürüst davranışından sonra eyni şeyi deyə bilməyəcəksən”, – deyə o, rəqibinə ünvanladığı mesajda vurğulayıb.

Xatırladaq ki, Neymarın karyerası ərzində aldığı qırmızı vərəqələrin sayı 14-ə çatıb.

Paylaş:

Xəbər Lenti

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43

AFFA rəsmisi hakim qərarları ilə razılaşmadı: Qırmızı vərəqə və penalti verilməli idi

25.11.26 | 11:20

Çempionlar Liqasında gecənin icmalı: “Real”dan möhtəşəm geridönüş, “Arsenal” – “Borussiya” duelində heç-heçə

25.11.26 | 02:43