Premyer Liqasının IX turunun son oyun günündə “İmişli” və “Şamaxı” komandaları üz-üzə gəlib. Yevlax şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ilk hissəsində hesabı qonaqlar açıblar. Dioqo Almeydanın 17-ci dəqiqədə vurduğu qolla “Şamaxı” önə keçib. Fasilədən sonra fəallığını artıran “İmişli” 65-ci dəqiqədə hesabı bərabərləşdirib. Abdullahi Şuaybu fərqlənərək matçda tarazlığı bərpa edib.
Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə meydan sahibləri qələbə topunu vurublar. 90+1-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Seyxan Fərəcov komandasına üç xal qazandırıb – 2:1.
Beləliklə, “İmişli” ardıcıl ikinci qələbəsini qazanıb. Komanda ötən turda “Turan-Tovuz”u 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandalar arasında əvvəlki üç çempionat qarşılaşmasının birində “Şamaxı” qalib gəlib, digər iki oyun isə qolsuz heç-heçə ilə yekunlaşıb.
“İmişli” – “Şamaxı” – 2:1 (1:0)
Qollar: Dioqo Almeyda, 17 (1:0), Abdullahi Şuaybu, 65 (1:1), Seyxan Fərəcov, 90+1 (penalti, 2:1).
“İmişli”: Yusif İmanov, Bəxtiyar Həsənəlizadə, Azər Salahlı (k), Fərid Nəbiyev, İdris İnqilablı, Murad Ələkbərov (Edvin Banquera, 46), Rafael Vieqas, Ronaldo Rodriges, Dioqo Almeyda, Dioqu Rollo, Deku (Seyxan Fərəcov, 67).
“Şamaxı”: Rikardu Fernandeş (k), Həbib İsmayılov (Ülvi Cahangirov, 46), Emin Rüstəmov, Oruc Məmmədov (Edqar Adilxanov, 59), Filipe Markes, Rikardo Apolinario, Tornike Axvlediani (Abdullahi Şuaybu, 46), Ayman Bu Ali, Jota, Rui Paşeku, Əbdül Rəşid Mumini.
Sarı vərəqələr: Əbdül Rəşid Mumini, Filipe Markes, Oruc Məmmədov.
Yevlax. Şəhər stadionu. Baş hakim: Rauf Cabarov.