Möhtəşəm qayıdış, yoxsa köhnə üsullar? Joze Mourinyo derbi məğlubiyyətindən sonra yenidən hakimlərə hücum etdi

21.09.26 | 15:22
Dünya futbolu

İki mövsümdür titul həsrəti yaşayan “Real”i yenidən zirvəyə daşımaq üçün yayda baş məşqçi postuna gətirilən Joze Mourinyonun işləri heç də hamar getmir. Portuqaliyalı mütəxəssis Madrid derbisində “Atletiko”ya 1:2 hesablı məğlubiyyətdən sonra diqqətçəkən addımı ilə gündəmə gəlib.

Mourinyo “Metropolitano” stadionunda keçirilən qarşılaşmadan sonra mətbuat konfransına əlində xüsusi hazırlanmış sənədlərlə çıxıb. “The Special One” (“Xüsusi biri”) həmin vərəqlərdə hakimlərin iki mübahisəli qərarının fotoşəkillərini jurnalistlərə nümayiş etdirib.

“Atletiko”nun qələbəsini Conatan Davidin qolu və Alexandro Qrimaldonun dəqiq yerinə yetirdiyi penalti təmin edib. Lakin Mourinyo hesab edib ki, matçın gedişinə hakim qərarları da ciddi təsir edib.

Portuqaliyalı çalışdırıcının narazılığı xüsusilə Kristian Romero və Li Kaninin epizodları ilə bağlı olub. Hər iki futbolçunun rəqibə qarşı sərt müdaxilələr etməsinə baxmayaraq, qırmızı vərəqə almaması Mourinyonun etirazına səbəb olub.

Baş hakim Migel Anxel Ortis Ariasın idarəçiliyini sərt tənqid edən “Real”ın çalışdırıcısı belə deyib: “Hər şey çox qəribə idi. Hakimlik edəcək şəxsin adı matçdan bir həftə əvvəl məlum idi… O, beynəlxalq dərəcəli hakim deyil və bu, onun yüksək səviyyəli referilər sırasına daxil olmadığını göstərir. Yazıq bura gəldi və təzyiqə tab gətirə bilmədi” .

Mourinyonun hakimliklə bağlı etirazları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi azarkeşlər portuqaliyalı mütəxəssisin bu addımını köhnə və artıq təsirini itirmiş taktika kimi qiymətləndiriblər.

Bununla belə, mübahisəyə səbəb olan epizodların hər ikisində hakim qərarlarının müzakirəyə açıq olduğu görünür.

Kristian Romero Cud Bellinqemin diz nahiyəsinə sərt müdaxilə edib. Baş hakim əvvəlcə argentinalı futbolçuya sarı vərəqə göstərib. VAR müdaxiləsindən sonra isə qərarını dəyişərək Bellinqemə göstərilən sarı vərəqəni ləğv edib və Romero da cəzasız qalıb.

Li Kaninin Fede Valverdeyə qarşı müdaxiləsi isə daha bir mübahisəli epizod olub. “Real” tərəfi hesab edir ki, futbolçunun rəqibin ayaq və topuq nahiyəsinə təhlükəli müdaxiləsi daha ağır cəza ilə nəticələnməli idi. Lakin VAR bu epizoda müdaxilə etməyib.

Mourinyonun fikirləri ilə yanaşı, “Real”in rəsmi mövqeyində də hakimlik məsələsinə diqqət çəkilib.

Madrid klubunun qarşılaşma ilə bağlı dərc etdiyi rəsmi hesabatda baş hakim Migel Anxel Ortis Ariasın idarəçiliyi tənqid olunub: “Real” zəif hakimliyinin kölgəsində qalan derbidə “Metropolitano” stadionunda məğlub oldu”.

Beləliklə, “Real” üçün məğlubiyyətlə başa çatan Madrid derbisi yalnız hesabla deyil, hakim qərarları ətrafında yaranan mübahisələrlə də yadda qalıb.

Paylaş:

Xəbər Lenti

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43

AFFA rəsmisi hakim qərarları ilə razılaşmadı: Qırmızı vərəqə və penalti verilməli idi

25.11.26 | 11:20

Çempionlar Liqasında gecənin icmalı: “Real”dan möhtəşəm geridönüş, “Arsenal” – “Borussiya” duelində heç-heçə

25.11.26 | 02:43