16 il sonra yenidən Bakıda: İştvan Kovaç “Sabah” – “Hapoel” matçını idarə edəcək

23.08.26 | 15:31
Ölkə futbolu

Avropa futbolunun ən tanınmış və təcrübəli hakimlərindən biri olan İştvan Kovaç üçün “Sabah” – “Hapoel” (Beer-Şeva) matçı heç də yad mühitdə keçməyəcək. Həm Azərbaycan, həm də İsrail futboluna yaxından bələd olan, qitənin ən vacib finallarında fit çalmış rumıniyalı referi 16 il sonra yenidən Bakıda – bu dəfə Çempionlar Liqasının pley-off mərhələsinin həlledici qarşılaşmasında baş hakim kimi meydana çıxacaq.

Kovaçın Azərbaycan futbolu ilə ilk təması 2010/11 mövsümünə təsadüf edir. Hakimlik karyerasının ilk illərində o, UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” – “Metallurq” (Skopye) görüşünü idarə edib. Beş il sonra isə rumıniyalı referi yenidən ölkəmizə səfər edərək, 2015-ci il dekabrın 10-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Bakcell Arena”da baş tutan “Qəbələ” – “Krasnodar” matçında ədaləti qoruyub.

Bununla yanaşı, təcrübəli hakim “Sabah”ın rəqibi üçün də tanış simadır. Kovaç daha əvvəl İsrailin “Makkabi” (Tel-Əviv) klubunun Avropa Liqasının qrup mərhələsindəki iki matçına təyinat alıb. O, 2016/17 mövsümündə İsrail təmsilçisinin “AZ Alkmaar”a qalib gəldiyi (2:1), bir il sonra isə “Slaviya Praqa”ya məğlub olduğu (0:2) oyunlarda fit çalıb.

Son illərdə karyerasında böyük sıçrayış edən və UEFA tərəfindən yüksək etimad göstərilən referi, qitənin və dünyanın ən mötəbər turnirlərində yer alıb. O, Konfrans Liqasının (2022) və Avropa Liqasının (2024) həlledici görüşlərindən sonra, 2025-ci ildə UEFA Çempionlar Liqasının finalında PSJ – “İnter” qarşılaşmasını idarə edib. Bundan əlavə, Kovaç DÇ-2026-da da fit çalan hakimlər sırasında yer alaraq qrup mərhələsinin Yaponiya – Tunis (4:0) və Argentina – İordaniya (3:1) matçlarında ədaləti təmin edib.

Lakin Kovaçın karyerası mübahisəsiz də ötüşməyib. İsrail mediasının da diqqət çəkdiyi kimi, rumıniyalı hakimin xüsusilə “Barselona” – PSJ qarşılaşmasındakı qərarları uzun müddət müzakirə olunub. Həmin görüşdə Ronald Arauxoya qırmızı vərəqə göstərməsi və baş məşqçi Xavini texniki zonadan uzaqlaşdırması Kataloniya təmsilçisinin ciddi narazılığına səbəb olmuşdu.

Statistika da Kovaçın sərt və prinsipial hakimlərdən biri olduğunu göstərir. Rumıniyalı referi orta hesabla hər oyunda 5,3 sarı vərəqə göstərir, təxminən hər üç qarşılaşmadan birində qırmızı vərəqəyə, hər iki oyundan birində isə penaltı qərarına müraciət edir. Bu göstəricilər Kovaçın meydanda intizama xüsusi önəm verdiyini və qayda pozuntularına qarşı güzəştsiz mövqe sərgilədiyini göstərir.Bütün bu zəngin və ziddiyyətli təcrübənin ardınca, Kovaç indi yenidən Bakıdadır. Onun tələbkar idarəçilik üslubu və vərəqə göstərməkdən çəkinməməsi hər iki komandadan, xüsusən də rəqib “Hapoel”dən maksimum soyuqqanlıq tələb edəcək. Təmsilçimiz “Sabah” üçün isə bu görüş sadəcə növbəti avrokubok sınağı deyil, əsas mərhələyə gedən yolda sonuncu və ən vacib səddir.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09