Klubun rəsmi saytının məlumatına görə, komanda kamerunlu hücumçu Vensan Abubakar, monteneqrolu yarımmüdafiəçi Edvin Kuç və rumıniyalı müdafiəçi Kristian Kostinlə əməkdaşlığı dayandırıb.
Qeyd edək ki, Vensan Abubakar ötən ilin oktyabrından çıxış etdiyi heyətdə 18 matçda 9 qola imza atıb. 2024-cü ilin yayından «ağ-qaralar»ın şərəfini qoruyan Edvin Kuç 44 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb. 2025-ci ilin yayında komandaya qoşulan Kristian Kostin isə 7 oyunda meydana çıxıb.