Ötən gün “Araz-Naxçıvan”ın dalbadal ikinci qələbəsini qazanması “Zirə” üçün həyəcan siqnalı idi. Avrozonaya düşmək uğrunda əsas rəqibin sürət yığması zirəliləri sonda qitə yarışlarından kənarda qoya bilər. Odur ki, Rəşad Sadıqovun komandası çempionatın aşkar autsayderi ilə oyunda mütləq şəkildə üç xalını qazanmalı idi. Məhz belə də oldu. Qonaqlar lazımi 3 xalı qazandılar. Lakin qələbə asan qazanılmadı və zirəlilər ciddi müqavimətlə üzləşdilər. Yalnız oyunun sonuna yaxın Anatoli Nuriyevin vurduğu baxımlı qol “Zirə”yə 3 xal qazandırdı və komandanı yenidən 4-cü pilləyə qaytardı.
Premyer Liqa, 25-ci tur
KARVAN-YEVLAX – ZİRƏ 0:1 (0:0)
Qol: A.Nuriyev, 78.
Baş hakim: Rəşad Əhmədov.
“Karvan-Yevlax”: Pedru Mateuş, Vadim Abdullayev (k) (Rauf Rüstəmli, 89), Emin Rüstəmov, Coy-Sleyd Mikkels, Şakil Sno, Kayl Spens, Moyze Ngvisani, Qavi Tompson, Piter Kinqs (Uğur Cahangirov, 80), İmani Barker (Vüsal Məsimov, 89), Olavale Doeni.
“Zirə”: Tiaqu Silva, Qismət Alıyev (k), İsmayıl İbrahimli (Ayron Qomis, 90), Rüfət Abdullazadə (Ceyhun Nuriyev, 68), Ruan Renato, Enrike Kustodio, Davit Volkov, Giorgi Papunaşvili (Leroy Mikkels, 63), Quima (Brahim Konate, 68), Anje Musinzi, Eren Aydın (Anatoli Nuriyev, 63).Sarı vərəqələr: V.Abdullayev, 11. Enrike, 53.