Parisdə cüdo üzrə keçirilən “Böyük Dəbilqə” turniri başa çatıb. Yarışın ikinci günündə daha beş idmançımız tatami üzərinə çıxsa da, onlardan yalnız Zelim Tskayev finala yüksələ bilib. 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz həlledici görüşdə yaponiyalı Yuhei Ono ilə qarşılaşıb və məğlub olaraq gümüş medalla kifayətlənib.
Beləliklə, millimiz turniri 3 medalla (1 qızıl, 1 gümüş, 1 bürünc) başa vurub. Xatırladaq ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanmışdı.