Zelim Tskayev yarımfinalda!

08.02.26 | 18:19
Digər növlər

Fransanın paytaxtında cüdo üzrə keçirilən nüfuzlu Paris Grand Slam turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan milli komandasının daha 5 üzvü mübarizəyə qoşulub. Gərgin keçən qarşılaşmaların yekununda bir cüdoçumuz medallar uğrunda həlledici mərhələyə adlaya bilib.

81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tskayev günün ən uğurlu performansını sərgiləyib. O, ardıcıl olaraq – Cianqan Vanq (Çin), Laxlan Murhed (Böyük Britaniya) və Abubakr Şerovu (Tacikistan) məğlub edib. Bu qələbələrdən sonra yarımfinala yüksələn idmançımız finala gedən yolda qazaxıstanlı Abulayxan Jubanazar ilə qarşılaşacaq.

Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Vüsal Qələndərzadə ilk görüşündə ukraynalı Mixaylo Svidrakı məğlub etsə də, 1/8 finalda yaponiyalı Yuhei Onoya uduzaraq yarışda çıxışını başa vurub.

Təmsilçilərimiz ağır çəki dərəcələrində çıxışları elə də uğurlu olmayıb.

Əjdər Bağırov (100 kq) rəqibi Denis Sedrik Nquyassa Bekainin (Mərkəzi Afrika Respublikası) tatamiyə çıxmaması səbəbindən birbaşa 1/8 finala yüksəlsə də, bu mərhələdə italiyalı Cennaro Pirelliyə məğlub olub.

Uşanqi Kokauri almaniyalı rəqibinə qalib gəlsə də, Kanta Nakanoya (Yaponiya) uduzub. Kənan Nəsibov isə startda avstriyalı cüdoçunu məğlub etsə də, kanadalı Con Messe Bessonqla görüşdə məğlubiyyətlə barışmalı olub.

Hazırda millimizin hesabında iki medal var və hər iki mükafat turnirin ilk günündə qazanılıb: Balabəy Ağayev (60 kq) çempion tituluna sahib olub, Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21