Yuri Vernidub “Neftçi”yə gətirmək istədiyi üç futbolçunu açıqladı

24.01.26 | 11:41
Ölkə futbolu

Hazırda “Neftçi”yə rəhbərlik edən ukraynalı mütəxəssis Yuri Vernidub Sport.ua portalìna müsahbəsində Ukrayna Premyer Liqasının (UPL) hansı futbolçularını Azərbaycan çempionatına dəvət etmək istədiyindən danışıb.

— Fərz edək ki, fantaziyaya baş vururuq. Əgər hipotetik olaraq belə bir imkan olsaydı, UPL-dən hansı üç oyunçunu “Neftçi”yə gətirərdiniz?

— Mövsümün birinci hissəsində “Şaxtyor”un aldığı hücumçu Prosper Oba mənim çox xoşuma gəldi. Məncə, o, həqiqətən də top səviyyəli oyunçudur.

Düşünürəm ki, Vladimir Brajkonu da dəvət edərdim. O da məndə müsbət təəssürat yaradır. Baxmayaraq ki, onun oyununda eniş olduğunu yazırlar və mən də bunu bir az görürəm, lakin istəyirəm ki, bu oğlana dəstək olum və bildirim ki, hər şey onun üçün indicə başlayır. O, hələ öz səviyyəsinə qayıdacaq.

Üçüncü olaraq isə Budkovskini qeyd edərdim. Bəlkə də yaşına görə onu bura (“Neftçi”yə) gətirməzdim. Lakin çox istəyirəm ki, bu mövsüm o, UPL-in bombardiri olsun, — deyə Vernidub bildirib.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21