Futbol üzrə ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmalarına təyinatlar açıqlanıb. Peşəkar Futbol Liqasının məlumatına görə, final yolundakı ilk addımları ölkənin aparıcı hakim briqadaları idarə edəcək.
Aprelin 3-də keçiriləcək oyunların proqramı və baş hakimləri aşağıdakı kimidir:
“Turan Tovuz” – “Zirə”
Saat: 17:30
Məkan: Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu
Baş hakim: Əliyar Ağayev
“Qarabağ” – “Sabah”
Saat: 20:00
Məkan: Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu
Baş hakim: Rauf Cabarov