Bundan sonra “Barselona”nın gənc ulduzu Lamin Yamal azarkeşlərə pulsuz avtoqraf verə bilməyəcək. Mundo Deportivo-nun məlumatına görə, 18 yaşlı vinger onun imzası ilə məhsul satan şirkətlə yeni müqavilə imzalayacaq. Şirkət müqavilədə Yamalın imzası olan unikal malların qiyməti aşağı düşməsin deyə pulsuz avtoqraf verməməyi şərt qoyub. Barselonadakı mənbələr klubun Yamalın məhdud sayda avtoqrafına girişi təmin etməyə çalışdığını bildirir. Çünki onlar oyunçunun imzası olan məhsullar satır. Müqavilə hələ tamamlanmasa da, tərəflərin anlaşmanı imzalamaq niyyətində olduqları bildirilir.
Qeyd edək ki, Yamal artıq Adidas, Beats, Powerade, Oppo, Konami və Nesquik də daxil olmaqla bir çox tanınmış brendlərin simasıdır və eyni zamanda UNICEF-in səfiridir.