“Barselona”nın cinah oyunçusu Lamin Yamal parlaq çıxışını davam etdirir. İspaniyalı ulduz Çempionlar Liqasında Kilian Mbappenin rekordunu yeniləyib.
Kataloniya təmsilçisinin “Feyenoord”la matçında qol vuran Yamal məhsuldar ötürmə ilə də yadda qalıb. Bununla da onun turnirdəki qol və assistlərinin sayı 21-ə yüksəlib. Yamal Çempionlar Liqasında 11 qol vurub və 10 məhsuldar ötürmə edib.
Beləliklə, 20 yaşınadək futbolçular arasında ən çox məhsuldar hərəkətə imza atan oyunçuya çevrilən Yamal Mbappenin rekordunu arxada qoyub. Fransalı hücumçu həmin yaşadək Çempionlar Liqasında ümumilikdə 20 qol və assistə imza atmışdı.
Yamal görüşün 71-ci dəqiqəsində Rafinyadan kapitan sarğısını da qəbul edib. Bununla o, “Barselona” tarixində komandanı kapitan kimi meydana çıxaran ən gənc futbolçu olub.