“Barselona”nın 18 yaşlı qanad oyunçusu Lamin Yamal CBS-ə müsahibəsində belə erkən yaşında məşhurlaşması ilə bağlı sualın cavabında bəzən çətinliklə üzləşdiyini söyləyib: “Adi bir insan kimi mən də restorana getmək istərdim, ancaq gedə bilmirəm. Çünki, daim məni saxlayıb nəsə soruşurlar və ya şəkil çəkdirmək istəyirlər. Normal 18 yaşlı bir gənc kimi davranmaq çətindir. İstəsəm də belə, edə bilmərəm. Təsəvvür edirsiz, məşqə fotoqraflar əhatəsində gedirəm, yanımdan isə evə məktəbdən piyada dönən və əyinlərində mənim şəkilim olan köynəkdə uşaqlar keçir. Bunu normal qarşılayıram, çünki mən məşhuram. Ona görə də sadə şeylər etməyə, anama baş çəkmək və ya qardaşımla video oyunlar oynamağa çalışıram”.
Populyarlığından danışan Yamal fikrini belə tamamlayıb: “Çoxları deyir ki, mənim sayəmdə yenidən futbol izləməyə başlayıblar. Küçədə qızlar mənə yaxınlaşıb oyunlara baxdıqlarını deyirlər. Barselonaya gələn turistlər isə 10 nömrəli futbolkanı alırlar. Ona görə də özümü qəribə hiss etmirəm və ulduz olmağı xoşlayıram”.