Xristo Yanev: “Qarabağ” kimi böyük bir klubu keçdiyimizin fərqindədirlərmi?”

31.07.26 | 01:17
Ölkə futbolu

Bolqarıstanın ÇSKA klubunun baş məşqçisi Xristo Yanev Avropa Liqasında “Qarabağ”ı penaltilər seriyasında (5:4, əsas və əlavə vaxt – 0:0) məğlub edərək mərhələ adladıqları oyundan sonra mətbuat konfransında çıxış edib. Mütəxəssis komandasının taktiki intizamını yüksək qiymətləndirib və Ağdam təmsilçisinin gücünü xüsusi vurğulayıb.

Xristo Yanev “Qarabağ”ı üstələməyin böyük uğur olduğunu bildirib: “Məsələ yalnız motivasiyada deyil, bütün komandanın taktiki baxımdan savadlı oyunundadır. Məşqçilər korpusumu təbrik edirəm. Rəqibi analiz etmək, ən doğru taktikanı seçmək və iki matçın yekununda onları turnirdən kənarlaşdırmaq üçün böyük əmək sərf etdik. Bolqarıstanda necə nəhəng bir klubu mübarizədən kənarlaşdırdığımızı tam anlayırlarmı, bilmirəm. Müqayisə üçün deyim: qarşı tərəfdə 17 illik təcrübəsi olan baş məşqçi əyləşmişdi, “Qarabağ” isə ötən mövsüm “Benfika” və “Çelsi”yə (heç-heçə edib – red.) qalib gəlmiş komandadır”.

Baş məşqçi matçdan sonra ÇSKA-dakı fəaliyyəti və gələcək hədəfləri barədə də danışıb. O bildirib ki, bir qələbə ilə bütün tənqidlərə son qoymağın mümkün olmadığını anlayır: “Bir oyunla tənqidçilərin fikrini dəyişmək olmaz. Mən bu kluba aydın məqsədlərlə gəlmişəm. Komandamız inkişaf etməli, kuboklar qazanmalı, azarkeşləri sevindirməli və bizə hər cür şərait yaradan klub rəhbərliyinə ÇSKA-nın uğuru üçün çalışdığımızı göstərməliyik”.

Mütəxəssis komandasının Avropa Liqasının əsas mərhələsinə yüksəlmək potensialına da inandığını vurğulayıb: “Bu gün çox keyfiyyətli komanda olduğumuzu sübut etdik. Əgər bəxt də bizim tərəfimizdə olsa və bu cür məzmunlu futbol nümayiş etdirməyə davam etsək, niyə də Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanmayaq?”

Paylaş:

Xəbər Lenti

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28