Xorxe Messinin vəfatı xəbəri təkzib olundu: Aparıcı üzr istəyərək istefa verdi

19.06.26 | 22:57
Dünya futbolu

Leo Messi DÇ-nin açılış matçında Əlcəzairə qarşı het-trik edərək görüşün qəhrəmanı olsa da, yaşıl meydandan kənarda xoşagəlməz hadisə ilə üzləşib. Ulduz futbolçunun atası Xorxe Messinin səhhətində problemlər yarandığı və həkim nəzarətinə götürüldüyü bildirilib. Mövzu ilə bağlı bəyanat yayan Messi ailəsi şayiə və uydurmaların qarşısını almaq üçün ictimaiyyətdən onların şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edib.

Bu bəyanat Argentina mediasında, xüsusən də “Luzu TV” telekanalında Xorxe Messinin vəfatı ilə bağlı yayılan yalan xəbərlərə cavab olaraq verilib. Canlı efirdə bu yanlış məlumatı səsləndirən proqramın aparıcısı Florensiya Penya sosial şəbəkə hesabında baş verənlərə görə üzr istəyib: “Messinin ailəsinə yaşatdığımız bu dəhşətli vəziyyətə görə dərin üzrxahlığımı bildirirəm. Səbəb olduğum əzaba görə çox utanıram. Bu yalan məlumat canlı yayım zamanı mənə çəkiliş qrupu tərəfindən ötürüldü və mən də onlara güvəndim. Buna baxmayaraq, baş verən səhvdə məsuliyyətimi anlayıram. Bu səbəbdən “Luzu TV” layihəsindən ayrılmaq qərarına gəldim. Ürəkdən üzr istəyirəm, böyük bir səhv etdim”.

Xatırladaq ki, 68 yaşlı Xorxe Messi uzun illərdir oğlunun agenti kimi fəaliyyət göstərir.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41