Milan və Kortina d’Ampezzoda (İtaliya) 2026-cı il Qış Olimpiya Oyunları davam edir.
Bu gün yarışlarda ölkəmizin sonuncu təmsilçisi Anastasiya Papatoma (slalom növündə) çıxış edib. O, birinci cəhdində 95 iştirakçı arasında 59-cu nəticə göstərərək ikinci yürüşdə iştirak etmək şansı qazanıb. İkinci cəhdində isə Papatoma ümumi hesabda liderdən 30,05 saniyə geri qalaraq 51-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 18 yaşlı Papatoma üçün bu, Olimpiya Oyunlarında debüt çıxışıdır.