Dubayda keçirilən IBA Dünya Boks Çempionatının altıncı günü altı çəki dərəcəsində 1/8 final mərhələsinin döyüşləri keçirilib. Zəlimxan Süleymanov (54 kq) ispaniyalı Rafael Losano Serranoya uduzaraq turnirdə çxışını başa vrub. 63,5 kq çəki dərəcəsində yarışan Maqsud Xasmetov tacikistanlı Ruslan Qafurovu yenərək 1/4 finala vəsiqə qazanıb. Sərxan Əliyev (71 kq) isə latviyalı Arturs Vaysı məğlub edərək növbəti mərhələyə adlaya bilib.