Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçular gümüş medal qazanıb. Faiq Qarayevin yetirmələri finalda Türkiyə ilə qarşılaşıb. Hər üç setdə rəqibinə uduzan komandamız turniri ikinci yerdə başa vurub.
Stolüstü tennis yarışınd isə millimiz bu gün daha bir medal qazanıb. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə – Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda yarışın bürünc mükafatına layiq görülüb.