Bu ilin iyul ayında Vinisius Junior Rio de Janeyroda böyük doğum günü şənliyi təşkil edib. “Globo”nun məlumatına görə, 500-ə yaxın qonağın iştirak etdiyi tədbir inanılmaz dərəcədə səs-küylü keçib və sakinlərin narazılığına səbəb olub. Onlar hadisə yerinə polis çağırıb və səsi azaltmağı tələb ediblər. Ziyafət iştirakçıları əvvəlcə buna əməl edib, ancaq polis gedən kimi səsi əvvəlki səviyyəsinə qaytarıblar. Sonda bununla bağlı məhkəmə işi açılıb və ilkin dinləmə noyabrın 6-na təyin edilib. Məhkəmə Vinisiusu cərimələyə və hətta “dəmir barmaqlıq” arxasına göndərə bilər, yəni “Real”ın ulduz futbolçusu 15 gündən 90 günə qədər həbs edilə bilər.