Valdas Dambrauskas: “Avrokuboklara vəsiqə qazandığımızdan xəbərsiz idim”

07.04.26 | 23:26
Ölkə futbolu

Premyer Liqanın 26-cı turunda “Araz-Naxçıvan”la oyunda “Sabah”, iki dəfə hesabda geri düşməsinə baxmayaraq, xarakter nümayiş etdirərək 4:2 hesablı qələbə qazandı. Bu qalibiyyətlə həm də avrokuboklara vəsiqəni rəsmiləşdirən paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas, matçın ardından medianın suallarını cavablandırıb. Litvalı mütəxəssis həm oyunun gedişatındakı dramatik anları, həm də komandanın uzunmüddətli inkişaf planlarını dəyərləndirib.

Görüşün gedişatını “qəribə” adlandıran baş məşqçi, startda yol verilən bəzi kəsirli məqamlara toxunub: “Bu gün çox vacib və böyük qələbə qazandıq. Oyuna istədiyimiz kimi başlaya bilmədik, matç bizim üçün bir qədər qəribə alındı. Müdafiədən çıxarkən yol verdiyimiz səhvlərdən rəqib maksimum yararlandı. Lakin buraxılan qollardan sonra futbolçuların göstərdiyi reaksiya məni çox sevindirdi. Hesab edirəm ki, tamamilə layiqli bir qələbəyə imza atdıq. Əslində, taleyi daha tez həll edə bilərdik, çünki çoxsaylı qol epizodlarımız var idi”.

Dambrauskas komandanın keçmiş performansı ilə hazırkı durumunu müqayisə edərkən maraqlı məqama toxunub. O, “Sabah”ın “Çelye” və “Levski” ilə oyunlarından sonra böyük yol qət etdiyini bildirib: “Bunu faizlərlə ifadə edə bilmərəm, çünki məktəbdə riyaziyyatla aram o qədər də yaxşı olmayıb. Amma fakt budur ki, həmin oyunlardan sonra 30-a yaxın matça çıxmışıq. Komandaya yeni qan gəlib, oyun sistemimiz təkmilləşib. Önümüzdə hələ iki ay var və inanıram ki, daha da inkişaf edə bilərik”.

“Sabah”ın rəsmən avrokuboklara vəsiqəni təmin etməsi xəbəri baş məşqçi üçün sürpriz olub: “Düzünü desəm, bu faktı indi sizdən eşidirəm, xəbərim yox idi. Bu, bizim üçün böyük uğurdur. Komandaya gəldiyim ilk gündən əsas hədəf məhz avrokuboklarda iştirak etmək olub.  Mövsümün sonuna qədər eniş yaşayacağımızdan qorxmuram. Məni düşündürən yalnız növbəti oyundur. Cəmi üç gündən sonra yeni sınağımız var. Əsas məsələ bərpa prosesini düzgün qurmaqdır”. Oyun zamanı futbolçusu Hamidou Keyta ilə apardığı qısa dialoqa da aydınlıq gətirən mütəxəssis, bunun taktiki yox, oyun epizodu ilə bağlı olduğunu deyib: “Xüsusi bir şey yox idi, sadəcə ləğv edilən dördüncü qolumuz haqqında fikirlərimizi bölüşürdük”.Valdas Dambrauskasın rəhbərliyi altında “Sabah” həm nəticə, həm də oyun keyfiyyəti baxımından yüksəlişini davam etdirir. Avrokubok vəzifəsini vaxtından əvvəl həll edən “bayquşlar” üçün indi əsas hədəf çempionluqdur.

Paylaş:

Xəbər Lenti

ÇL: 1/4 finalın ilk oyunları

07.04.26 | 23:31

Vadar Nuriyev: “Hakimin qərarları oyunumuza birbaşa təsir etdi”

07.04.26 | 23:43

Valdas Dambrauskas: “Avrokuboklara vəsiqə qazandığımızdan xəbərsiz idim”

07.04.26 | 23:26

Ayxan Abbasov: “Əsas dərdimiz 11 futbolçu tapmaqdır”

07.04.26 | 22:46

Jorje Kaşkilya: “İstənilən rəqibə çətin anlar yaşada bilərik”

07.04.26 | 22:32

Lider ikinci hissədə “Araz-Naxçıvan”ı üstələdi

07.04.26 | 19:26

Berdıyev “Turan-Tovuz”un oyunundan narazı qaldı

07.04.26 | 19:11

“Zirə” son dəqiqələrdə qələbəni əldən verdi

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13