Bu gün şahmat üzrə ölkə çempionatına yekun vuruldu. Qadınlar arasında keçirilən final mərhələsinin son partiyaları oynanıldı. Ülviyyə Fətəliyeva tay-brekdə Ayan Allahverdiyevaya qalib gələrək karyerasında ilk dəfə ölkə çempionu titulunu qazandı.
Qadınlar arasında üçüncü yer uğrunda keçirilən həlledici qarşılaşmada isə Gülnar Məmmədova, Türkan Məmmədyarovadan üstün oldu.
Xatırladaq ki, kişilər arasında çempionluq uğrunda mübarizədə Şəhriyar Məmmədyarovu məğlub edən Məhəmməd Muradlı qızıl medalın sahibi olmuşdu.