Ukrayna mətbuatı Vernidubu və “Neftçi”ni ittiham edir

27.12.25 | 15:51
Ölkə futbolu

Ukraynanın https://football24.ua/ portalının yazarı Yuri Ostroumov, 9 qat Azərbaycan çempionu “Neftçi” ilə əməkdaşlığa qərar verən Yuri Vernidubun bu addımını təhlil edib. Qeyd edək ki, ukraynalı mütəxəssis bu vəzifəyə Rusiya-Ukrayna müharibəsinin qızğın çağında gəlib.

Cari ilin 9 dekabr tarixində Yuri Vernidub məşqçilik karyerasında yeni səhifə açaraq, Azərbaycanın “Neftçi” klubu ilə 1,5 illik müqavilə imzaladı. Bakıda Verniduba oğlu Vitali ilə yanaşı, Dmitri Kara-Mustafa, Valeri Mixaylenko və İqor Fokin kömək edəcəklər. Onu da vurğulamaq lazımdır ki, Vernidub “Neftçi”dəki fəaliyyəti barədə danışarkən, köməkçiləri ilə birlikdə Ukraynanı yüksək səviyyədə imzalanmış xüsusi icazə ilə tərk etdiklərini bildirib.

“2026-cı ildə müqavilə müddəti bitənədək xaricə çıxış icazəsi almışam, ondan sonra isə mütləq geri qayıtmalıyam və qayıdacağam da. Əgər müqavilə daha tez bitsə, daha tez dönəcəm. İcazə sənədi yüksək səviyyədə imzalanıb – belə bir icazəni başqa kim verə bilərdi ki? Düzünü desəm, konkret kimin imzaladığını bilmirəm. Bildiyim odur ki, orada mənim və köməkçilərimin soyadları var”, – deyə məşqçi müsahibələrindən birində qeyd edib.

İlk baxışdan, Ukraynanın aparıcı məşqçilərindən birinin yeni iş yeri ilə bağlı heç bir sual yaranmamalı idi, çünki hər şey mövcud qanunvericilik çərçivəsində həyata keçirilib. Lakin hadisələrin gedişatı gözləniləndən fərqli oldu. Bu, Vernidub və “Neftçi” rəhbərliyinin əl sıxmasından cəmi bir neçə gün sonra bəlli oldu.

Dekabrın 15-də “Neftçi” klubu Rusiyanın “Lokomotiv” (Moskva) klubu ilə əməkdaşlıq müqaviləsi imzaladığını böyük təmtəraqla elan etdi. Bu xəbər sanki “başdan aşağı soyuq su tökmək” effekti yaratdı – məlum oldu ki, Vernidub işğalçı ölkənin nümayəndəsi ilə təmaslar olmadan keçinə bilməyən bir klubun bir hissəsinə çevrilib. Üstəlik, “Lokomotiv” Rusiyanın hərbi təcavüzünün əsas sponsorlarından biri olan “Rusiya Dəmir Yolları”nın (RJD) vizit kartıdır. Burada “qaranlıq otaqda qara pişik axtarmağa” ehtiyac yoxdur, çünki hər şey gün kimi aydındır.

“Neftçi”nin bəyanatında deyilir: “Memoranduma aşağıdakı istiqamətlər üzrə qarşılıqlı fəaliyyət daxildir: gənc futbolçuların hazırlanması sahəsində təcrübə mübadiləsi; Azərbaycan, Belarus və Rusiyada keçirilən turnirlərdə iştirak; idmançıların hərtərəfli inkişafı; yüksək səviyyəli oyunçuların hazırlanmasında qabaqcıl texnologiyalar; məşqçilərin təcrübə keçməsi; təhsil fəaliyyəti (konfranslar, video-seminarlar, dəyirmi masalar); uşaq və gənclər futbolunun inkişafı vasitəsilə mənəvi və mədəni dəyərlərə riayət etməklə MDB ölkələrinin xalqları arasında birlik, sülh və həmrəyliyin təmin edilməsi.”

Bəlkə də kimsə “Neftçi” və “Lokomotiv” arasındakı bu əməkdaşlığın yalnız uşaq-gənclər futboluna aid olduğunu düşünə bilər. Lakin bir faktı unutmaq olmaz: Bakı klubunun əsas komandası 2023-cü ilin iyulunda Rusiyada keçirilən təbliğat xarakterli “PARİ Premyer Kuboku” turnirində iştirak etmişdi. Məlumat üçün xatırladaq ki, həmin vaxt Bakı təmsilçisi Serbiyanın “Srvena Zvezda” (0:4), Ukrayna futbolunun əsas xaini Timoşukun çalışdığı Rusiyanın “Zenit” (1:3) və Türkiyənin “Fənərbaxça” (0:1) klublarına məğlub olmuşdu. Nəticədə “Neftçi” mənfi 7 top fərqi ilə (1-8) turniri sonuncu pillədə başa vurmuşdu.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03