UEFA Çempionlar Liqasının əsas mərhələsi start götürüb. İlk oyunlar qonaqlar üçün uğurlu olub. Bilbaoda “Atletik” “Arsenal”a ikinci hissədə buraxdığl qollarla məğlub oldu. Eyndhovendə isə PSV gözlənilmədən qonşu ölkənin klubuna ciddi fərqlə uduzdu. Belçikanın “Union” klubu Niderlandın adlı-sanlı komandasını az qala böyük hesabla yenəcəkdi. PSV yalnız son dəqiqələrdə təsəlli qolu vura bildi. Ən maraqlı görüş isə Turində baş tutdu. Burada “Yuventus”la “Borussiya” birlikdə səkkiz qol vurdular.
“Atletik” (İspaniya) – “Arsenal” (İngiltərə) 0:2
Qol: Martinelli, 72. Krossar, 87.
PSV (Niderland) – “Union” (Belçika) 1:3
Qollar: R. van Bommel, 90 – P. David, 9-pen. El Hadj, 39. Mak Allister, 81.
“Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) 2:3
Qollar: Barrenexea, 6. Pavlidis, 16 – Leandro, 30. Kamilyo Duran, 48. Kaşuk, 86.
“Tottenhem” (İngiltərə) – “Vilyarreal” (İspaniya) 1:0
Qol: Luis Junior, 4-avtoqol.
“Yuventus” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) 4:4
Qollar: Kenan Yıldız, 64. Vlahoviç, 68; 90+4. Kelli, 90+6 – Adeyemi, 52. Nmeça, 65. Koutu, 75. Bensebaini, 86.
Real” (Madrid, İspaniya) – “Olimpik” (Fransa) 2:1
Qollar: Mbappe, 29-p.; 81 – T. Vea, 22.