Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk qarşılaşması keçiriləcək. Turnirin bu mərhələsinin açılış oyununda İspaniyanın “Betis” klubu Portuqaliya təmsilçisi “Braqa”nın qonağı olacaq. Görüş start fiti Bakı vaxtı ilə saat 20:45-də səslənəcək.
Qeyd edək ki, 1/4 finalın digər 3 qarşılaşması sabah, yəni aprelin 9-da baş tutacaq.