Bu gün əsas milli ilə yanaşı 21 yaşadək futbolçulardan ibarət yığma da meydana çıxacaq. Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxan gənclər komandası saat 18.00-da Bolqarıstanı qəbul edəcək. Qeyd edək ki, U-21 yığmasını bu oyunda baş məşqçi Elnur Çodarov meydana çıxaracaq. Belə ki, U-21-in baş məşqçisi olan Ayxan Abbasov bu axşam əsas milli ilə sınağa çəkilir.
Xatırladaq ki, 21 yaşadək olan futbolçularımız seçmə mərhələyə uğursuz başlayıb. Komanda ilk turda Portuqaliyaya 0:5 hesabı ilə uduzub. Bu günkü rəqibi Bolqarıstan isə Cəbəllütariqə yığmasını böyük hesabla yenib – 3:0.
Azərbaycan – Bolqarıstan
Baş hakim: Florian Lata (Albaniya)
Mərdəkan stadionu