Bu gün ölkəmizin U19 yığması Avropa çempionatının seçmə mərhələsində ilk oynunu keçirəcək. 13-cü qrupda yer alan komandamız Çexiya ilə qarşılaşacaq. Maltanın Ta Qali şəhərinin “Sentenari” stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Qarşılaşmanın finlandiyalı hakim Oliver Reytala idarə edəcək.
Xatırladaq ki, U-19 komandamız noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Maltayla qarşılaşacaq. Hər iki oyun Ta Qali şəhərində keçiriləcək.