Moldovanın paytaxtı Kişinyovda UEFA-nın futbolun inkşafı proqramı çərçivəsində keçirilən turnirin start oyununda U-15 komandamız monteneqrolu həmyaşıdlarına minimal hesabla uduzublar. U-15 yığmamız turnirdə daha iki oyun keçirəcəklər. Noyabrın 20-də Bolqarıstanla, 23-də isə meydan sahibləri ilə qarşılaşacaqlar.