Türkiyə futbolunu sarsıdan mərc qalmaqalı alovlanmaqda davam edir. Bir neçə gün əvvəl Türkiyə Futbol Federasiyası (TFF) Peşəkar Futbol İntizam Şurasına (PFDK) adı qalmaqalda hallan hakimlərin siyahısın göndərimişdi. Bu dəfə mərc qalmaqalında iştirak edən oyunçuların adları açıqlanıb. Bunulada Türkiyə futbolunun gündəmini zəbt edən mərc qalmaqalı ilə bağlı istintaq yeni mərhələyə qədəm qoyub. TFF-nin FDK-ya göndərdiyi siyahıda 1024 futbolçunun adı yer alıb və 27 oyunçunun isə hazırda Superliqada çıxış etdiyi göstərilib. TFF-nin rəsmi saytında qalmaqalda adları hallananlar arasında “Beşiktaş”la “Qalatasaray”ın oyunçularının olduğuda bildirib. “Qara qartal”dan qapıçı Ersin Dastanoğlu ilə yarımmüdafiəçi Nəcib Uysal, “cim-bom”dan müdafiəçilər Eren Elmalı və Metehan Baltacının mərc oynadıqları müəyyən edilib.
Yığmanın heyətindən çıxarılan 24 yaşlı Eren Elmalı adının siyahıya düşməsinin 5 il öncəki olayla bağlı olduğunu deyib: “Bu gün yayımlanan xəbərlərdə adımın TFF-nin başladığı intizam istintaqında hallandığını gördüm . İlk növbədə, adımın bu fayla daxil edilməsinin təxminən beş il əvvəl komandamdan kənarda başqa birisiylə edilən mərc əməliyyatı səbəb olduğunu aydınlaşdırmaq istəyirəm və o vaxtdan bəri nə mərc etmişəm, nə də bu məsələ ilə heç bir əlaqəm olmayıb. Futbol mənim üçün sadəcə bir peşə deyil, həyatımın mərkəzində duran bir ehtirasdır. Həmişə bu ehtirası dürüstlük, meydanda göstərdiyim mübarizə ilə yaşamışam. Bu dəyərlərlə bu gün olduğum yerə çatmışam. Karyeram boyunca heç vaxt futbolun etik prinsiplərini pozmamışam, idmançıya yad olan və ya klubumun dəyərlərini xələl gətirən hərəkət etməmişəm”.