Türkiyə Yunanıstanı darmadağın etdi.
Latviyanın paytaxtı Riqada EuroBasket 2025-in yarımfinal oyununda Türkiyə millisi Yunanıstanla üz-üzə gəldi. “12 Dev Adam” rəqibini 94:68 (26:16, 23:15, 23:20, 22:17) hesabı ilə məğlub edərək finala yüksəldi.
Türkiyə millisi bu qələbə ilə adını həlledici oyuna yazdırdı. Finalda Türkiyə Almaniya ilə qarşılaşacaq. Görüş bazar günü, 14 sentyabr baş tutacaq.