Türkiyədə şərhçi və həyat yoldaşı da mərc oyunlarına görə həbs olundu

05.12.25 | 14:37

Türk futbolda davam edən böyük mərc istintaqının ikinci əməliyyat dalğası həyata keçirilib. Bu dəfə saxlanılanlar arasında “Fənərbaxça”lı Mert Hakan Yandaş və əvvəllər bu səbəbdən diskvalifikasiya olunan “Qalatasaray”lı Metehan Baltacı da var. Proses davam etdikcə, İstanbul Baş Prokurorluğu (İBP) gözaltına alınanların adlarını və saxlanılma səbəblərini açıqlayır. Futbol mərc iddialarına qarşı başlanılan prossesin ilk dalğasından sonra prokurorluğun əmri ilə daha geniş əməliyyat keçirilib. Bu dəfə 46 oyunçu ilə yanaşı, bir neçə klub rəhbərləri və futbol dünyasının tanınmış simaları saxlanılıb. İBP-in açıqlamasında “Qalatasaray”ın oyunçusu Metehan Baltacıdan başqa ümumilikdə 27 futbolçunun komandasının oyununa mərc etdiyinə görə saxlanıldığı bildirilir.
Qanun keşikçiləri bildiriblər ki, “Fənərbaxça”lı Mert Hakan Yandaşın qanuni mərc saytlarında başqası vasitəsi ilə mərc qoyduğu aşkarlanıb və bu səbəbdən nəzarətə alınıb. Superliqa hakim Zorbay Küçükdə gözaltına alınıb. O, bank hesablarındakı şübhəli fəaliyyətə görə saxlanılıb.  

Səhər saatlarında keçirilən əməliyyat zamanı oyunçulardan başqa bir neçə klub rəhbəri barəsində də həbs qərarı verilib. Saxlanılanlar arasında hakim və şərhçi Ahmet Çakar və həyat yoldaşı Arzu xanım, “Nazilli Bələdiyəspor”un prezidenti Şahin Kaya, “Ankaraspor”un prezidenti Mehmet Emin Katipoğlu və “Adana Dəmirspor”un sabiq başqanı Murat Sancakda var.

Paylaş:

Xəbər Lenti

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03

Şahruddin və digər borclar komandanı bitirdi

13.02.26 | 07:48

TV PROQRAM

13.02.26 | 00:29

İrlandiya İsrail boykotundan niyə vaz keçdi?

13.02.26 | 00:32

Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09

Ayxan Abbasovun hədəfi bəllidir: “Məqsədimiz yenidən C divizionuna qayıtmaqdır”

13.02.26 | 00:34

UEFA Millətlər Liqası 2026/27: Qrup mərhələsinin püşkatma nəticələri

13.02.26 | 00:40

Juninyodan etiraf: “Meksikada özümü “Qarabağ”dakı kimi hiss edirəm”

12.02.26 | 18:46

Ulduz futbolçuya qarşı irqçilik: Mario Balotelli üsyan etdi

12.02.26 | 18:01