“Turan” gözlənildiyi kimi autsayder üzərində asan qələbə qazandı. Tovuzlular legionerlərin səyi ilə can üstündə olan “Kəpəz”i böyük hesabla məğlub etdi. İkinci yarının əvvəlində Ozobiçin vurduğu qoldan sonra komandalar faktiki olaraq oyunu yola verdilər. Bu qələbədən sonra tovuzlular liderliyə yüksəldi. Az sonra başlayacaq “Sabah” – “Sumqayıt” oyununun nəticəsindən asılı olaraq “Turan”ın turu lider kimi başa vurmasına aydınlıq gələcək.
Premyer Liqa, 6-cı tur
“Turan-Tovuz” – “Kəpəz” 3:0
Qollar: A. Souza, 32. J. Santos, 36. Ozobiç, 46.