Bu gün keçiriləcək iki qarşılaşma ilə Premyer Liqanın 20-ci turuna yekun vurulacaq. Günün açılış matçında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan-Tovuz” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda baş tutan görüş turnir cədvəlinin yuxarı pillələri uğrunda gedən rəqabət baxımından hər iki komanda üçün böyük əhəmiyyət kəsb edirdi.
Qurban Berdiyevin rəhbərliyi altında avrokubok zonasına daxil olmağa çalışan Tovuz təmsilçisi üçün bu səfər sınağı olduqca prinsipial idi. Ayxan Abbasovun rəhbərlik etdiyi “Şamaxı” isə doğma meydanda nümayiş etdirdiyi intizamlı müdafiə ilə rəqibin hücum xəttini zərərsizləşdirməyi bacardı. Hər iki komandanın ehtiyatlı oyunu və gərgin taktiki mübarizəsi matçın sonuna qədər davam etsə də, hesab açılmadı.
ŞAMAXI – TURAN-TOVUZ 0:0
Baş hakim – Tural Qurbanov.
Şamaxı: Rikardu Fernandeş, Arsen Ağcabəyov (k), Abdulla Rzayev, Oruc Məmmədov, Rüfət Abbasov, Kərim Rossi, Dioqu Balau, Sezar, David Santos, Alfons Msanqa (Edqar Ədilxanov, 64), Rikardo Apolinario.
Turan-Tovuz: Sergey Samok, Rəhim Sadıxov, Faiq Hacıyev (k) (Enrike Silva, 65), Ayxan Hüseynov (Coş Ginnelli, 65), Roderik Miller, Alexandro Serrano, İbrahima Vadji (Jo Batista, 65), Emmanuel Hakman, Hayderson Urtado, Jorje Silva, Roberto Olabe.
Sarı vərəqə: Msanqa, 57