Berdıyevin planı işlədi: Tovuzlular “autsayder sindromu”nu qırdı

21.03.26 | 17:51

Premyer Liqa, 25-ci tur

Turnir cədvəlinin ilk üçlüyündə qərarlaşan “Turan-Tovuz” bu tur çərçivəsində Sumqayıtda “Qəbələ”ni qəbul edib. Hər iki kollektiv meydana ötən turun uğursuzluğunu unutdurmaq və 3 xal qazanmaq hədəfi ilə çıxmışdı. Xatırladaq ki, tovuzlular son turda “Kəpəz”lə oyunda xal itirmiş, “Qəbələ” isə doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olmuşdu.

Təcrübəli mütəxəssis Qurban Berdiyev “Kəpəz”lə matçdan sonra yetirmələrinin cədvəlin aşağı pillələrindəki rəqiblərlə qarşılaşmalarda çətinlik çəkdiyini etiraf etmişdi. “İmişli” (0:0) və “Şamaxı” (0:0) ilə oyunlardakı xal itkiləri “Turan-Tovuz” üçün “autsayder sindromu”na çevrilmişdi. Avrokubok zonasındakı mövqeyini qorumaq üçün komanda mütləq qələbə qazanmalı idi.

Ölkə kubokunda “Sabah”a qarşı keçirilən dramatik penaltilər seriyasından sonra özünə gələ bilməyən “Qəbələ”nin müdafiə xəttində ciddi boşluqlar nəzərə çarpırdı. Son iki oyunda qapısından 10 top buraxan “qırmızı-qaralar” bu matça da şok qolla başladılar. Nominal meydan sahiblərinin kolumbiyalı legioneri Urtado artıq 3-cü dəqiqədə rəqib qapıçısını topu tordan çıxarmağa məcbur etdi.

Qoldan sonra Kaxaber Tsxadadzenin yetirmələri tarazlığı bərpa etmək üçün irəli atılsalar da, rəqibin sıx müdafiəsini yarmaqda çətinlik çəkirdilər. Lakin ilk hissənin ortalarında qonaqlar gözlənilməz qolla bərabərliyi təmin etdilər. “Turan-Tovuz”un qapıçısı Eşqin Əhmədovun uzaq məsafədən ünvanlanan zərbəsini dəf edə bimədi. İlk hissənin qalan vaxtı ərzində komandaların səyinə baömayaraq hesab dəyişmədi.

İkinci hissəyə sürətli hücumlarla başlayan tovuzlular çox keçmədən məqsədlərinə nail oldular. Urtado dublunu rəsmiləşdirərək “Turan-Tovuz”u yenidən hesabda irəli çıxardı. Bu qoldan sonra “Qəbələ”nin müdafiə xəttindəki boşluqlar daha qabarıq nəzərə çarpmağa başladı.

Epizodların birində qonaqların arxa xəttinin kobud səhvindən maksimum yararlanan Ayxan Hüseynov topu qapı önünə ötürdü, Batista isə dəqiq zərbə ilə fərqi ikiyə çatdırdı. Kaxaber Tsxadadze oyunda dönüş yaratmaq üçün eyni anda üç əvəzləməyə əl atsa da, bu gediş “qırmızı-qaralar”ı məğlubiyyətdən xilas etmədi.

Oyunun sonuna yaxın tovuzlular hesabı darmadağın həddinə çatdırmağa yaxın olsalar da, İbrahim Vacinin zərbəsi dirəkdən döndü. Qarşılaşmanın uzatma dəqiqələrində qonaqlar hesabdakı fərqi minimuma endirməyi bacarsalar da, bu, yekun nəticəni dəyişmədi. Bu mühüm qələbədən sonra “Turan-Tovuz” turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Qarabağ”la xal fərqini xeyli azaltdı.

“Turan-Tovuz” – “Qəbələ” 3:2 (1:1)

Qollar: Hayderson Urtado, 3 (1:0). Eşqin Əhmədov, 27 (1:1). Hayderson Urtado, 49 (2:1). Jo Batista, 58 (3:1). Roderik Miller, 90+7-öz qapısına (3:2).

Baş hakim: Kamal Umudlu.

“Turan-Tovuz”: Sergey Samok, Rəhim Sadıxov (Fərid Yusifli, 79), Ayxan Hüseynov (İbrahima Vadji, 79), Enrike Silva, Alexandro Serrano, Jo Batista, Hayderson Urtado (k) (Emmanuel Hakman, 78), Jorje Silva, Filip Ozobiç (Roberto Olabe, 68), Roderik Miller, Mark Mampasi.

“Qəbələ”: Səlahət Ağayev, Murad Musayev (k), Nuqay Rəşidov (Turan Manafov, 67), Eşqin Əhmədov, Seydina Keyta (Adriel Ba Lua, 67), Xayme Syerra, Şahin Şahniyarov (Sambu Sissoko, 67), İsaak Amoa (Edu Kunde, 81), Prins Ovusu (İbrahim Sanqare, 89), Domi Massumo, Ismaxil Akinade.

Sarıvəqə: Hüseynov, 22. Miller,90+7

Paylaş:

Xəbər Lenti

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13