Ukraynanın “Futbol24” nəşri hesab edir ki, “Qarabağ”ın uzun illərdir uğur qazanmasının əsas səbəblərindən biri transfer siyasətində və baş məşqçi Qurban Qurbanovun formalaşdırdığı sistemdə sabitliyin qorunmasıdır.
Məqalədə qeyd olunur ki, Ağdam klubu yay transfer pəncərəsində heyətini gücləndirmək üçün təxminən 5 milyon avro xərcləyib. Rəhbərlik xüsusilə müdafiə xəttinin gücləndirilməsinə üstünlük verib.
Bu məqsədlə İspaniyanın “Almeriya” klubundan sol cinah müdafiəçisi Bruno Lanqa, Macarıstanın “Ferentsvaroş” klubundan sağ cinah müdafiəçisi Cebrail Makretskis, “Zalaeqerseq”dən isə mərkəz müdafiəçisi Bense Varkoni transfer olunub.
Hücum xətti də diqqətdən kənarda qalmayıb. “Nijni Novqorod”dan Renaldo Sefas, Kiprin “Omoniya Aradippu” klubundan Calli Muaddib və İsveçin “Yurqorden” komandasından Zakariya Savo heyətə cəlb edilib. Orta sahə Portuqaliyanın “Portimonense” klubundan Samuel Lobatonun keçidi ilə gücləndirilib, qapıçı mövqeyi üçün isə Xorvatiyanın “Riyeka” klubundan Martin Zlomisliç transfer edilib.
Ukraynalı jurnalistlərin fikrincə, yeni transferlər artıq komandaya uyğunlaşmağa başlayıb və xüsusilə Zakariya Savo mövsümün ilk oyunlarında göstərdiyi məhsuldarlıqla diqqət çəkib.
Məqalədə xüsusi vurğulanır ki, “Qarabağ”ın uğurlarının əsas memarı baş məşqçi Qurban Qurbanovdur.
2008-ci ildən komandanı çalışdıran təcrübəli mütəxəssis Azərbaycan futbolunda ən uzunmüddətli layihələrdən birinə rəhbərlik edir. Onun rəhbərliyi altında “Qarabağ” ölkə futbolunun liderinə çevrilməklə yanaşı, avrokubokların da daimi iştirakçısı olub.
Nəşrin fikrincə, Qurbanovun ən böyük üstünlüyü nəticələrdən daha çox sistemli idarəetmədir. O, illərdir komandanın oyun fəlsəfəsini dəyişmədən saxlayır, futbolçuların inkişafına xüsusi önəm verir və hər mövsüm heyətdə baş verən dəyişikliklərə baxmayaraq rəqabətədavamlı kollektiv formalaşdırmağı bacarır.
Məqalədə qeyd olunur ki, “Sabah”ın ötən mövsüm Azərbaycan çempionu olması və “Qarabağ”ın uzun illərdən sonra qızıl medalları əldən verməsi bəzi ekspertlər tərəfindən Ağdam klubunun zəifləməsi kimi qiymətləndirilsə də, ukraynalı müəlliflər bununla razılaşmırlar.
Onların fikrincə, əvvəlki illərdə də “Neftçi” çempion olduğu zaman oxşar fikirlər səsləndirilmişdi. Lakin Qurban Qurbanov komandada qısa müddətdə yenidən rəqabət mühiti yaradaraq “Qarabağ”ı əvvəlki səviyyəsinə qaytara bilmişdi.
“Futbol24” hesab edir ki, məhz Qurban Qurbanovun böyük beynəlxalq təcrübəsi “Dinamo” ilə qarşılaşmada əsas amillərdən biri ola bilər. Təcrübəli mütəxəssis uzun illər ərzində UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında müxtəlif səviyyəli rəqiblərlə üz-üzə gəlib, komandasını dəfələrlə avrokubokların pley-off mərhələsinə çıxarıb.
Nəşr sonda belə qənaətə gəlir ki, “Qarabağ”ın ən böyük gücü fərdi ulduzlardan daha çox, illərdir qorunub saxlanılan oyun sistemi, sabit məşqçi korpusu və avrokuboklarda formalaşmış zəngin təcrübəsidir. Məhz bu xüsusiyyətlər Ağdam klubunu Kiyev “Dinamo”su üçün ciddi sınağa çevirir.əssis Azərbaycan futbolunda ən uzunmüddətli layihələrdən birinə rəhbərlik edir. Onun rəhbərliyi altında “Qarabağ” ölkə futbolunun liderinə çevrilməklə yanaşı, avrokubokların da daimi iştirakçısı olub.
Nəşrin fikrincə, Qurbanovun ən böyük üstünlüyü nəticələrdən daha çox sistemli idarəetmədir. O, illərdir komandanın oyun fəlsəfəsini dəyişmədən saxlayır, futbolçuların inkişafına xüsusi önəm verir və hər mövsüm heyətdə baş verən dəyişikliklərə baxmayaraq rəqabətədavamlı kollektiv formalaşdırmağı bacarır.
Məqalədə qeyd olunur ki, “Sabah”ın ötən mövsüm Azərbaycan çempionu olması və “Qarabağ”ın uzun illərdən sonra qızıl medalları əldən verməsi bəzi ekspertlər tərəfindən Ağdam klubunun zəifləməsi kimi qiymətləndirilsə də, ukraynalı müəlliflər bununla razılaşmırlar.
Onların fikrincə, əvvəlki illərdə də “Neftçi” çempion olduğu zaman oxşar fikirlər səsləndirilmişdi. Lakin Qurban Qurbanov komandada qısa müddətdə yenidən rəqabət mühiti yaradaraq “Qarabağ”ı əvvəlki səviyyəsinə qaytara bilmişdi.
“Futbol24” hesab edir ki, məhz Qurban Qurbanovun böyük beynəlxalq təcrübəsi “Dinamo” ilə qarşılaşmada əsas amillərdən biri ola bilər. Təcrübəli mütəxəssis uzun illər ərzində UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında müxtəlif səviyyəli rəqiblərlə üz-üzə gəlib, komandasını dəfələrlə avrokubokların pley-off mərhələsinə çıxarıb. Nəşr sonda belə qənaətə gəlir ki, “Qarabağ”ın ən böyük gücü fərdi ulduzlardan daha çox, illərdir qorunub saxlanılan oyun sistemi, sabit məşqçi korpusu və avrokuboklarda formalaşmış zəngin təcrübəsidir. Məhz bu xüsusiyyətlər Ağdam klubunu Kiyev “Dinamo”su üçün ciddi sınağa çevirir.