“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedeskonun illik maaşının 400 min avro olduğu məlum olub. Bu məbləğ sarı-lacivərdli azarkeşlər arasında böyük müzakirələrə və narazılığa səbəb olub.
Əldə edilən məlumata görə, Tedeskonun müqavilə şərtlərinə əsasən, ödənişlər 10 aylıq müddətə bölünüb. Beləliklə, baş məşqçinin aylıq maaşı 40 min avro təşkil edir.
Açıqlanan rəqəmlər “Fənərbaxça” camiəsində birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə geniş müzakirə açan azarkeşlər, klubun səviyyəsi və məşqçilik məsuliyyəti nəzərə alındıqda, bu maaşın olduqca aşağı olduğunu bildiriblər. Bir çox istifadəçi Tedesko kimi mütəxəssis üçün bu məbləğin qeyri-kafi olduğunu vurğulayıb.