Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşmasını idarə edəcək hakim heyəti müəyyənləşib. Görüşün idarə edilməsi Norveçdən olan hakim briqadasına tapşırılıb. Oyunun baş hakimi Espen Eskos olacaq. Ona yan xəttlərdə Yan-Erik Enqan və İsaak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.
Maraqlıdır ki, baş hakim Espen Eskos Bakıya ilk dəfə gəlmir. O, daha əvvəl DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan – İrlandiya (0:3) görüşündə də ədalət təmsilçisi olub.
Qarşılaşma fevral 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyunun start fiti saat 21:45-də səslənəcək.