Şəhriyar Məmmədyarov ilk onluqda!

28.12.25 | 01:04
Digər növlər

Qətərin paytaxtı Doha şəhəri şahmatın rapid və blits növləri üzrə dünya çempionatına ev sahibliyi etməyə davam edir. Ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edən bu mötəbər turnirdə ölkəmizi 17 şahmatçı ilə təmsil edir.

Rapid yarışlarının növbəti günündə kişilər arasında 4 tur gerçəkləşib. Gərgin keçən 9 turun yekununa əsasən, təmsilçilərimiz arasında ən yüksək nəticəni ölkənin bir nömrəli şahmatçısı Şəhriyar Məmmədyarov göstərib. Hesabına 6,5 xal yazdıran qrosmeysterimiz, dünya elitası ilə kəskin rəqabət şəraitində turnir cədvəlinin 10-cu pilləsinə yüksəlməyi bacarıb. Digər təmsilçilərimiz də mövqelərini yaxşılaşdırmaq üçün növbəti turlarda mübarizəyə qoşulacaqlar.

Qadın şahmatçıların mübarizəsində isə gün ərzində 5 tur oynanılıb. 8 turun nəticələrinə görə, qadın millimizin lideri Günay Məmmədzadə 5,5 xal toplayaraq 21-ci sırada qərarlaşıb. Qeyd edək ki, liderlərlə xal fərqinin az olması Məmmədzadəyə növbəti turlarda daha üst sıralara yüksəlmək şansı verir.

Dünya çempionatına dekabrın 30-da yekun vurulacaq. Yarışın proqramına uyğun olaraq, şahmatçılarımız rapid turnirindən dərhal sonra daha dinamik və sürətli olan blits üzrə dünya çempionu titulu uğrunda mübarizəyə qoşulacaqlar. Azarkeşlər təmsilçilərimizdən hər iki növdə medal gözləyirlər.

Paylaş:

Xəbər Lenti

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14