Azərbaycan Birinci Liqasında çıxış edən “Səbail” klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Paytaxt təmsilçisi müqavilə müddəti başa çatan mütəxəssislə yeni sözləşmə imzalamamaq qərarına gəlib. Qeyd edək ki, təcrübəli məşqçi ötən ilin noyabr ayından etibarən Bakı klubunun sükanı arxasında idi.