Superkubokdan milyonlar: “Barselona” və “Real”ın qazancı bəlli oldu

12.01.26 | 23:01
Dünya futbolu

“Barselona” öz kubok muzeyini 2026-cı il İspaniya Superkuboku ilə zənginləşdirdi, lakin bu titul kataloniyalılar üçün yeganə mükafat olmadı. Finaldakı zəfər kluba həm də əhəmiyyətli maliyyə vəsaiti qazandırdı.

“Marca”nın məlumatına görə, “Barselona” turnirdəki qələbə üçün 2 milyon avro mükafat alıb. Finalda məğlub olan “Real Madrid” də mükafatsız qalmayıb – paytaxt klubu finalist kimi təxminən 1,5 milyon avro qazanıb. Bundan əlavə, hər iki nəhəng klub yalnız turnirdə iştirak etdikləri üçün 6 milyon avro məbləğində sabit ödəniş əldə ediblər. Beləliklə, “Barselona”nın turnirdən əldə etdiyi ümumi gəlir təxminən 8 milyon avro, “Real”ın gəliri isə təxminən 7,5 milyon avro təşkil edib.

Turnirin digər iştirakçıları olan “Atletiko” və “Atletik” (Bilbao) yarımfinalda uduzduqları üçün hər biri təxminən 3 milyon avro (iştirak və təzminat daxil olmaqla) qazanıblar. Bütün bu vəsaitlər turnirin Səudiyyə Ərəbistanında keçirilməsinə dair müqavilə çərçivəsində ödənilir. Müqaviləyə əsasən, Kral İspaniya Futbol Federasiyası ümumilikdə 51 milyon avro alır ki, bunun da 26 milyonu ölkə futbolunun inkişafına sərf edilir.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21