Bu gün futbol üzrə Misli Premyer Liqasında 18-ci tura start verilir. İlk oyun günündə azarkeşlər iki maraqlı qarşılaşmanın şahidi olacaqlar. Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı qəbul edəcək, ardınca isə “Qəbələ” evdə “İmişli” ilə üz-üzə gələcək. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Yevlax təmsilçisi doğma meydan amilindən yararlanaraq “Sumqayıt”dan xal almağa və autsayder zonasından uzaqlaşmağa çalışacaq. “Qəbələ” – “İmişli” oyunu hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. “Qəbələ” qələbə qazanacağı təqdirdə alt pillələrdəki rəqiblərinə yaxınlaşmaq şansı qazanacaq.
30 yanvar
14:30 “Karvan-Yevlax” – “Sumqayıt”
Yevlax şəhər stadionu
Baş hakim: Əli Əliyev
17:00 “Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu
Baş hakim: Kamranbəy Rəhimov
31 yanvar
14:30 “Kəpəz” – “Şamaxı”
Yevlax şəhər stadionu
Baş hakim: Cavid Cəlilov
17:00 “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu
Baş hakim: Kamal Umudlu
1 fevral
16:00″Araz-Naxçıvan” – “Neftçi”
“Liv Bona Dea Arena” (Bakı)
Baş hakim: Rauf Cabbarov
18:30″Qarabağ” – “Turan-Tovuz”
Tofiq Bəhramov adına Respublika Stadionu
Baş hakim: Elçin Məsiyev