Çempionatın lideri “Qarabağ” Sumqayıt səfərindən istədiyi 3 xalla geri döndü. Lakin bu qələbə asan başa gəlmədi. Meydan sahibləri yeni transfer Simonun baxımlı qolu ilə fərqi minimuma endirib intriqanı sona qədər saxlaya bildi. Buna qədər isə, bir saatın tamamında sumqayıtlılar azlıqda qalmışdı. Yalnız uzatmalarda Kaşukun vurduğu qol qalibi müəyyən etdi.
Toral Bayramov bu matçda fərqlənməklə bombardirlər yarışında üçüncü pillədə möhkəmləndi. Onun hesabında hazırda 5 qol var. Birinci və ikinci yerləri 6 qolla “Sabah”lı Coy-Lens Mikelslə “Araz-Naxçıvan”lı Ba-Muaka Simakala bölüşdürür.
Premyer Liqa, 12-ci tur
“Sumqayıt” – “Qarabağ” 2:4
Qollar: Leandro Andrade, 6 (0:1). H. Haqverdi, 30 (1:1). T. Bayramov, 42 (1:2). A. Zubir, 63 (1:3). N. Simon, 83 (2:3). A. Kaşuk, 90+3 (2:4).
Günün iki oyunundan sonra turnir cədvəli belədir:
