Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sumqayıt” – “Neftçi” arasında keçirilən oyunun ilk hissəsi qolsuz yekunlaşıb.
İlk hissədə “Neftçi” daha çox topa nəzarət edib hücumda fəallıq göstərsə də, Samir Abasovun yetirmələri hesabı açmağa müəssər olmayıb. “Neftçi” 8 dəfə küncdən zərbə yerinə yetirsə də, hələ ki nəticə əldə etməyib.
“Sumqayıt” daha çox müdafiə futboluna üstünlük verərək sürətli əks-hücumlara bel bağlayıb. “Sumqayıt” ikinci hissədə vəziyyəti xeyrinə dəyişə bilsə, turu lider kimi bitirə bilər.
Qeyd edək ki, komandalar arasında Premyer liqada keçirilən son 5 oyunda 3 dəfə qollu bərabərlik qeydə alınıb və tərəflər 1 dəfə qalib gəliblər.
Oyunun 79-cu dəqiqəsində mərakeşli forvard İmad Fərəc sağ cinahda 3 müdafiəçini keçərək qapı qarşısına sərt ötürmə etdi və 6 dəqiqə əvvəl oyuna daxil olan Ağadadaş Salyanski hesabı açdı – 0:1.
Oyunun artırılmış 2-ci dəqiqəsində “Neftçi”nin pressinqi bəhrəsini göstərdi. “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə ötürmədə səhvə yol verir. Emin Mahmudovun ötürməsində Alessio Kurçi fərqi 2-yə çıxartdı. Qeyd edək ki, Kurçi 90-cı dəqiqədə oyuna daxil olmuşdu.
İkinci hissədə Samir Abasovun oyunçu dəyişiklikləri öz sözünü dedi. Oyun bu hesabla bitir – “Sumqayıt” -“Neftçi” 0:2.
Premyer Liqa, 5-ci tur
“Sumqayıt” – “Neftçi” 0:2
Qol: Salyanski, 79. Kurçi, 90+2.