“Sumqayıt” heyətinə dünya çempionunu qatır

23.01.26 | 17:29
Ölkə futbolu

Ukraynanın məşhur “TaToTake” teleqram kanalının yaydığı məlumata görə, “Polissya” rəhbərliyi Danila Beskorovaynının “Sumqayıt”a keçidinə yaşıl işıq yandırıb. 26 yaşlı mərkəz müdafiəçisi artıq bu gün Azərbaycan təmsilçisində tibbi müayinədən keçib. Gənclər arasında dünya çempionu olan futbolçu mövsümün sonuna qədər icarə əsasında “kimyaçılar”ın heyətində çıxış edəcək.

Beskorovaynının karyerasının ən parlaq məqamı 2019-cu ilə təsadüf edir. O, Ukrayna U-20 millisinin heyətində gənclər arasında dünya çempionu titulunu qazanıb. Həmin turnirdə əsas heyətin dəyişilməz üzvü olan müdafiəçi, final da daxil olmaqla bütün həlledici qarşılaşmalarda inamlı oyun nümayiş etdirib. 194 sm-lik boyu ona həm müdafiədə hava toplarında üstünlük qazandırır, həm də standart vəziyyətlər zamanı rəqib qapısı önündə ciddi təhlükə yaratmağa imkan verir.

Ukraynalı “stoper” karyerası ərzində təkcə vətənində deyil, Slovakiya (“DAC 1904”) və Qazaxıstan (“Astana”) çempionatlarında da legioner həyatı yaşayıb. O, həmçinin “Krivbas”ın heyətində Ukrayna Premyer Liqasının bürünc mükafatçısı olub.

2024-cü ilin yayında böyük ümidlərlə “Polissya”ya transfer edilən Danila, ağır zədə (diz bağlarının qırılması) səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalıb. Mübarizəni sevən, güclü fiziki göstəriciləri və dəqiq mövqe seçimi ilə seçilən klassik mərkəz müdafiəçisi üçün “Sumqayıt” karyerasında yeni və uğurlu bir səhifə ola bilər.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03