Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində davam edən İslam Oyunlarında cüdo üzrə yarışın ikinci günündə ölkəmizin altı idmançısı tatamiyə çıxıb. Qadınların yarışında həlledici görüşdə rəqibini məğlub edən Südabə Ağayeva (70 kq) qızıl medal qazanıb.
Finalda misirli Ömər Əşrəf Cəmaləddinə uduzan olimpiya çempionu Zelim Kotsoyev (100 kq) yarışı gümüş medalla başa vurub.
Uşangi Kokauri (+100 kq), Avropa çempionu Elcan Hacıyev (90 kq) və Aytac Qardaşxanlı (70 kq) bürünc medal qazanıblar. Günel Həsənli (78 kq) isə üçüncü yer uğrunda görüşdə məğlub olub.
Hazırda cüdoçularımızın hesabında 2 qızıl, 2 gümüş və 5 bürünc medal var.