“Qarabağ”la UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacaq “Şkendiya”nın baş məşqçisi Jeton Beqiri oyunöncəsi mətbuat konfransında iddialı danışıb.
O, “Qarabağ”ın güclü rəqib olduğunu bildirib. Lakin Beqiri öz güclərinə inandığını deyib: “Ümidvarıq ki, Çempionlar Liqasında yolumuza davam edəcəyik. Yüksək keyfiyyətli futbolçularımız var. Növbəti mərhələyə keçmək üçün şansımız var”.
Oyun avqustun 5-də Skopyedə, “Todor Proeski” stadionunda keçiriləcək. Cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.