Samuel Durrant meydanı özbaşına tərk edib
Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Araz-Naxçıvan” qarşılaşması futbol tarixində az rast gəlinən qalmaqalla yadda qalıb.
Yevlax təmsilçisinin rəqibinə 0:2 hesabı ilə məğlub olduğu matçın son dəqiqələrində gözlənilməz hadisə baş verib. Oyunun 83-cü dəqiqəsində “Karvan-Yevlax”ın legioneri Samuel Durrant heç bir əvəzetmə və ya hakim göstərişi olmadan, zədələndiyini əsas gətirərək özbaşına meydanı tərk edib və birbaşa soyunub-geyinmə otağına yollanıb.
Bu addımdan sonra baş məşqçi Füzuli Məmmədovun komandası qarşılaşmanın qalan hissəsini 10 nəfərlə tamamlamaq məcburiyyətində qalıb.